Rusiya və Çin İran ətrafındakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının
keçirilməsini tələb ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, iclas şənbə günü yerli vaxtla saat 16:00-a (Bakı vaxtı ilə 01:00) planlaşdırılıb.
Fransa, Bəhreyn və Kolumbiya da İran ətrafındakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılması təşəbbüsü ilə çıxış ediblər.
Bizim.Media