“İranın, demək olar, bütün rəsmi şəxsləri sağ-salamatdır”.
Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "NBC" televiziyasına müsahibəsində bildirib.
"Biz bir və ya iki komandirimizi itirmişik, lakin bu, elə də böyük problem deyil", - deyə Əraqçi deyib.
Nazir əlavə edib ki, İran ABŞ bazalarına özünümüdafiə məqsədilə zərbələr endirir: “Onların bizə hücum etməsini sadəcə oturub izləyə bilmərik”.
Bizim.Media