KXDR lideri Kim Çen İn Koreya Əmək Partiyasının IX qurultayında Cənubi Koreya ilə hər cür əlaqələrdən tam imtina edildiyini bəyan edib və iki ayrı, düşmən dövlət prinsipi üzərində dayanıb.
Bizim.Media xəbər verir ki. bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
“Cənubi Koreya ilə heç bir halda təhrif olunmuş keçmişi bərpa etməyəcəyik”, — deyə Kim Çen İn bildirib.
O əlavə edib ki, Cənubi Koreya ilə münasibətlər yalnız KXDR-in milli maraqlarına əsaslanan “soyuq hesab” səviyyəsinə enib və Pxenyan istənilən qarşıdurma addımına qəti cavab verməyə hazırdır.
Kim Çen İn vurğulayıb ki, KXDR-in nüvə silahına malik dövlət kimi formalaşdırdığı “Koreya yarımadasının dinamik konfiqurasiyası” Seulun istənilən ittifaqlarından asılı olmayaraq dəyişməyəcək. Onun sözlərinə görə, Cənubi Koreya KXDR-in statusunu dəyişdirmək cəhdlərindən və sabitliyi poza biləcək hərəkətlərdən imtina etməlidir.
“Cənubi Koreyanı tam düşmən dövlət, əbədi düşmən kimi qiymətləndirmək qərarımız qəti və son qərardır”, — deyə KXDR lideri bildirib.
Cənubi Koreya Prezidenti Li Çje Myon Pxenyanın bəyanatlarına cavab olaraq qeyd edib ki, “qarşıdurma şüuru və düşmənçilik hissləri bir anda aradan qaldırıla bilməz”. O, Seulun qarşılıqlı etimadın tədricən bərpası, dialoq və əməkdaşlıq istiqamətində siyasətini davam etdirəcəyini vurğulayıb.
Bizim.Media