Serbiyanın hüquq-mühafizə orqanları ölkə prezidenti Aleksandar Vuçiçə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb:
“Daxili İşlər Nazirliyinin əməkdaşları 1975-ci il təvəllüdlü D.R. və 1983-cü il təvəllüdlü M.R.-ni həbs ediblər. Onlar silah əldə etməklə və Serbiya Respublikasının prezidentinin, onun həyat yoldaşının və uşaqlarının, eləcə də DİN əməkdaşlarının həyatına sui-qəsd etməklə konstitusiya quruluşunu zorla dəyişmək və ali dövlət orqanlarını devirmək məqsədilə əlbir olmaqda şübhəli bilinirlər.”
Saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib, cinayət işi isə Kralyevo şəhərinin Ali Prokurorluğuna göndəriləcək.
Bizim.Media