İŞİD məhbusları Suriyadan İraqa APARILDI

İŞİD terror təşkilatından olan məhbusların Suriyadan İraqa köçürülməsi əməliyyatı uğurla başa çatıb. Onlar İraqdan vətəndaşı olduqları ölkələrə qaytarılacaqlar.

Bizim.Media  xəbər verir ki, bunu İraqın Milli Təhlükəsizlik Müşavirliyinin strateji məsələlər üzrə müşaviri Səid əl-Ciyaşi İraq xəbər agentliyinə açıqlamasında deyib.

O əlavə edib ki, İŞİD məhbuslarının köçürülməsi milli təhlükəsizliyin tələbi ilə həyata keçirilib.

“Suriyada istisna hallar oldu, bəzi həbsxanaların təhlükəsizliyi sahəsində pozuntular baş verdi. Bəzilərinin qapıları açıldı və məhbuslar qaçdı. Buna görə də rəsmi elan olunan sayda məhbus İraqa köçürülərək güclü mühafizə olunan həbsxanalara yerləşdirildi”, - deyə müşavir bildirib.
 

İraq rəsmisi vurğulayıb ki, bütün təhlükəsizlik qurumlarının iştirakı və Ali Məhkəmə Şurasının nəzarəti ilə lazımi təhlükəsizlik tədbirləri görülüb. Köçürmə əməliyyatı Terrorla Mübarizə Xidmətinin rəhbərliyi altında həyata keçirilib və proses uğurla tamamlanıb, heç bir səhv qeydə alınmayıb.


Səid əl-Ciyaşi qeyd edib ki, Milli Təhlükəsizlik Müşavirliyi son beş ildə Suriyadakı həbsxanaların İraqın təhlükəsizliyinə təhdid yaratdığı barədə xəbərdarlıq edirdi. İndi İŞİD məhbuslarının İraqda təhlükəsizlik qurumlarının və məhkəmə sisteminin nəzarəti altında saxlanılması gələcəkdə hansısa toqquşmanın baş verməsinə gətirib çıxara biləcək açıq, nəzarətsiz mühitdə qalmalarından daha məqsədəuyğundur.

Vurğulanıb ki, məhbusların İraqda qalması daimi deyil və hökumət onların vətəndaşı olduqları ölkələrə qaytarılması üzərində işləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahmat üzrə Azərbaycan çempionu: "Yarış psixoloji cəhətdən gərgin keçdi"

Şahmat üzrə Azərbaycan çempionu: "Yarış psixoloji cəhətdən gərgin keçdi"

İŞİD məhbusları Suriyadan İraqa APARILDI

İŞİD məhbusları Suriyadan İraqa APARILDI

Berlində avtobus qəzaya uğradı - 12 nəfər xəsarət aldı

Berlində avtobus qəzaya uğradı - 12 nəfər xəsarət aldı

Motosiklet qəzasında ölən Məhəmməd tələbə imiş

Motosiklet qəzasında ölən Məhəmməd tələbə imiş

Ramazan ayının beşinci gününün DUASI

Ramazan ayının beşinci gününün DUASI

35 yaşlı qadın dərmandan zəhərləndi

35 yaşlı qadın dərmandan zəhərləndi

ABŞ İranla müharibə astanasında: 70 təyyarə, 16 gəmi və 40 min hərbçi...

ABŞ İranla müharibə astanasında: 70 təyyarə, 16 gəmi və 40 min hərbçi...

Meksikada ABŞ-lı turistlər girov götürüldü

Meksikada ABŞ-lı turistlər girov götürüldü

İranla Rusiya 500 milyon avroluq məxfi sövdələşmə bağladı

İranla Rusiya 500 milyon avroluq məxfi sövdələşmə bağladı

"Arsenal" "Tottenhem"i məğlub etdi - VİDEO

"Arsenal" "Tottenhem"i məğlub etdi - VİDEO

Azərbaycanın artan beynəlxalq nüfuzu: Sülh Şurasında təmsilçilik nəyi dəyişəcək? - VİDEO

Azərbaycanın artan beynəlxalq nüfuzu: Sülh Şurasında təmsilçilik nəyi dəyişəcək? - VİDEO

Qış Olimpiya Oyunları başa çatdı

Qış Olimpiya Oyunları başa çatdı

Ağstafada fermadan meyit tapıldı

Ağstafada fermadan meyit tapıldı

Ölümcül xəstəliyiniz varsa, bədəndə bu dəyişikliklər baş verir

Ölümcül xəstəliyiniz varsa, bədəndə bu dəyişikliklər baş verir

Zelenski Lvov terroruna görə Rusiyanı günahlandırdı

Zelenski Lvov terroruna görə Rusiyanı günahlandırdı

Malayziyada 7.1 bal gücündə ZƏLZƏLƏ

Malayziyada 7.1 bal gücündə ZƏLZƏLƏ

"Barselona" çempionatda liderliyə yüksəldi - VİDEO

"Barselona" çempionatda liderliyə yüksəldi - VİDEO

Pensiya və müavinətlərlə bağlı YENİLİK

Pensiya və müavinətlərlə bağlı YENİLİK

Şəhid Cavidan Məmmədlinin xatirəsi belə anıldı - FOTO

Şəhid Cavidan Məmmədlinin xatirəsi belə anıldı - FOTO

Kürdəmirdə avtomobil 4 nəfəri vurdu: 2-si azyaşlıdır - FOTO

Kürdəmirdə avtomobil 4 nəfəri vurdu: 2-si azyaşlıdır - FOTO

"Qarabağ"dan ŞOK qərar: Sami Mmae əsas heyətdən kənarlaşdırıldı

"Qarabağ"dan ŞOK qərar: Sami Mmae əsas heyətdən kənarlaşdırıldı

Lənkəran və Masallıda canavar təhlükəsi: Kəndlər təşviş içində -FOTO/VİDEO

Lənkəran və Masallıda canavar təhlükəsi: Kəndlər təşviş içində -FOTO/VİDEO

Boris Conson: “Qərb qoşunları artıq Ukraynaya göndərilməlidir”

Boris Conson: “Qərb qoşunları artıq Ukraynaya göndərilməlidir”

İlon Mask həqiqətən xoşbəxt olub-olmadığını açıqladı

İlon Mask həqiqətən xoşbəxt olub-olmadığını açıqladı

End of content

No more pages to load

RADİO