ABŞ administrasiyası İranın uranı zənginləşdirmə hüququnun qorunmasını nəzərdə tutan “qırmızı xətti” qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg İranın İSNA agentliyinə istinadən məlumat yayıb.
Danışıqların gedişi ilə tanış olan adı açıqlanmayan iranlı diplomat bildirib ki, Cenevrədə keçirilən son məsləhətləşmələr zamanı İranın uranı tamamilə zənginləşdirmədən imtina etməsi ideyası rədd olunub.
Hazırda tərəflər Tehran nüvə proqramının texniki aspektlərinə — obyektlərin yerləşdiyi məkanlara, zənginləşdirmə səviyyəsinə və işlək sentrifuqaların sayına fokuslanıb.
Bu açıqlamalar İranın xarici işlər naziri Abbas Əraqçinin son bəyanatı ilə üst-üstə düşür. O bildirib ki, ABŞ uranın zənginləşdirilməsinin sıfıra endirilməsini tələb etmir və tərəflər “sürətli razılaşma” əldə etməyə çalışırlar.

Bizim.Media