Rusiyanın Lipetsk vilayətində milli bayram olan Maslenitsa bayramında “Labubu” müqəvvası yandırılıb.
Bizim.Media xəbər verir ki, bunu izləmək üçün bir neçə regiondan turistlər gəlib.
Qorxunc kuklanın yandırılması ilə bağlı videonu “Aqramaç” arxeoloji parkı təqdim edib.
Qeyd edək ki, Maslennitsa Rusiyada 10-cu əsrdə xristianlıq qəbul edilməsindən sonra da saxlanılan slavyandilli xalqların ən qədim bayramlarından biridir.
Çin şirkəti "Pop Mart" ilk dəfə “Labubu” obrazı əsasında 2019-cu ildə açar bəzəkləri istehsal edib.
Sonradan isə yumşaq oyuncaqlar satışa çıxarılıb. 2025-ci ildə "Labubu" qlobal trenda çevrilib.
Böyük tələbat səbəbilə Böyük Britaniyada bu oyuncaqların oflayn satışı müvəqqəti dayandırılıb.
Bizim.Media