Gecə saatlarında Ukraynanın “Flaminqo” raketləri Udmurtiyada “İskəndər-M” və “Kinjal” kompleksləri üçün döyüş sursatı istehsal edən zavoda zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Udmurtiyadakı Votkinsk zavodunda zərbədən sonra yanğın başlayıb. Həmin müəssisədə
həmçinin “Yars” və “Bulava” qitələrarası raketləri də istehsal olunur.
Bundan əlavə, Samara vilayətində yerləşən Neftegorsk qaz emalı zavodu da vurulub, orada da
yanğın baş verib.
Bizim.Media