Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbi-sənaye kompleksinə və “kölgə donanmasına” qarşı yeni sanksiyalar tətbiq edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Zelenski Fərman imzalayıb.
Belə ki, məhdudiyyətlər siyahısına Rusiyanın 46 vətəndaşı və RF-nin hərbi-sənaye kompleksinə xidmət göstərən 44 Rusiya şirkəti daxil edilib. Söhbət Rusiya ordusunun ehtiyacları üçün texnika yaradan və təmir edən, radioelektron mübarizə vasitələri və ehtiyat hissələri istehsal edən firmalardan gedir.
Bundan əlavə, məhdudiyyətlərdən yan keçməklə, Rusiyaya aviasiya ehtiyat hissələri və komponentlərinin tədarükündə iştirak edən İranın iki vətəndaşına qarşı da sanksiyalar tətbiq olunub. Sanksiya siyahısına həmçinin Rusiya neft məhsullarının ixracı ilə məşğul olan 225 dəniz gəmisinin kapitanı da daxil edilib. Onların arasında 11 ölkənin, o cümlədən Rusiya, Hindistan və Filippin vətəndaşları var.
Bizim.Media