Əfqanıstanın Hinduquş dağlarında 5,5 ballıq zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin episentri təxminən 108 min nəfərin yaşadığı Bağlan şəhərindən 111 km cənub-şərqdə yerləşib.
Məlumata görə, yeraltı təkanların ocağı 87 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Bizim.Media