ABŞ-ın “Andrews” hərbi bazasından havaya qalxan naməlum təyyarə Murmansk vilayəti üzərindən Rusiya hava məkanına daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları “Flightradar24” xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, naməlum təyyarə Rusiyadan əvvəl Qrenlandiya, Norveç və Finlandiya üzərindən uçuş həyata keçirib.
Məlumata görə, Moskva vaxtı ilə saat 09:10-da təyyarə Qazaxıstan hava məkanına daxil olub və hazırda oradadır.
Təyyarədə dəqiq kimin olduğu barədə hələlik məlumat yoxdur.



Bizim.Media