Dünən İran Hərbi Hava Qüvvələrinə məxsus F-4 Phantom tipli qırıcı təyyarə Həmədan əyalətində gecə təlim uçuşu zamanı qəzaya uğrayıb.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, təyyarədə olan iki pilotdan biri həlak olub.
Digər pilotun vəziyyəti barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Hadisədən dərhal sonra xilasetmə və axtarış qrupları qəza baş verən əraziyə cəlb olunub. Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmaya başlanıldığı bildirilir.


Bizim.Media