İran döyüş atışlarının keçirilməsi üçün Hörmüz boğazının müvəqqəti bağlandığını elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bu, Tehranın strateji əhəmiyyətə malik beynəlxalq su yolunun bağlanması barədə rəsmi şəkildə ilk dəfə bəyanat verməsidir.
Bundan əvvəl İran Hərbi Dəniz Qüvvələri həmin ərazidə döyüş atışlı təlimlər keçirmişdi, lakin o zaman boğazın bağlanması barədə məlumat verilməmişdi.
Bizim.Media