Qırğızıstan prezidenti Sadyr Japarov bildirib ki, ölkədə dövlət çevrilişi üçün heç bir zəmin yoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Kabar” agentliyinə müsahibəsində danışıb.
Dövlət başçısının sözlərinə görə, “heç bir çevriliş və ya buna bənzər hadisə baş verməyəcək”.
“Birincisi, qanun buna imkan vermir, ikincisi isə belə bir vəziyyət mövcud deyil”, — deyə Japarov qeyd edib.
Fevralın 10-da Qırğızıstan prezidenti öz tərəfdarı, Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DTMK) sədri Kamçıbek Taşiyevi vəzifəsindən azad edib.
Yerli KİV-lərin məlumatına görə, son vaxtlar siyasi dairələrdə xüsusi xidmət orqanının rəhbərinin qarşıdakı prezident seçkilərində iştirak edə biləcəyi barədə şayiələr yayılmışdı.
Taşiyev isə belə bir ehtimalı inkar edib. Prezidentin qərarını şərh edərkən general bildirib ki, istefa onun üçün gözlənilməz olub.
Fevralın 12-də isə Qırğızıstanın Ali Şurasının sədri Nurlanbek uulu Turgunbek istefa ərizəsi təqdim edib.
Bizim.Media