Kiyev fəlakət həddinə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko “Financial Times” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, son iki ay ərzində kritik infrastruktur obyektlərinə dəyən ziyan nəticəsində paytaxt bu vəziyyətə düşüb.
Məqalədə qeyd olunur ki, şəhər sakinləri elektrik enerjisi, istilik və su təchizatının kütləvi şəkildə kəsilməsi ilə üzləşiblər.
Kliçko vurğulayıb ki, prezident Volodimir Zelenski ilə uzunmüddətli siyasi qarşıdurması mövcud vəziyyəti daha da çətinləşdirir.
Bizim.Media