Böyük Britaniyanın paytaxtı London şəhərində Ramazan ayının gəlişi ilə bağlı əsas küçələrdən biri bəzədilib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, ən tanınmış küçələrdən olan Coventry küçəsinin bəzədilməsində 30 mindən artıq led işıqlardan istifadə olunub.
Qeyd edək ki, bu küçə 2023-cü ildən bu yana Ramazan ayı münasibətilə bəzədilir.

Bizim.Media