Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədr müavini Andrey Svintsov Rusiyada Google-u bloklamağın texniki olaraq mümkün olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Govorit Moskva” radiosuna verdiyi müsahibədə danışıb.
Deputatın sözlərinə görə, belə tədbirlər texniki baxımdan həyata keçirilə, lakin hazırda prioritet hesab olunmaya bilər.
“Mənim fikrimcə, bu tamamilə texniki baxımdan mümkündür”, — deyə Svintsov qeyd edib.
O, həmçinin ehtimal edib ki, Roskomnadzor şirkətin Rusiya bazarına geri dönməsini gözləyə bilər ki, borcun ödənilməsini tələb etsin. Burada söhbət Google-un Rusiya televiziya kanallarına qarşı YouTube platformasında kanalların bloklanmasına görə yaranan 91,5 kvintilyon rubl məbləğində gecikmiş ödəniş borcundan gedir.
Bizim.Media