Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Volodimir Zelenski yalnış yoldadır, Ukraynanın Avropa İttifaqına daxil olacağını düşünmək və hətta konkret tarix təyin etmək yanlışdır.
Bizim.Media xəbər verir ki, Orban bu açıqlamanı rəqibinin X (əvvəlki Twitter) səhifəsində yazdığı paylaşımına cavab olaraq verib.
Çərşənbə günü Zelenski bildirib ki, Ukrayna “2027-ci ilə qədər texniki cəhətdən AB-yə üzvlüyə hazır olmalıdır”.
O əlavə edib: “Mənə konkret tarix lazımdır” və bu tarix Ukraynadakı münaqişənin həlli razılaşmasında göstərilməlidir.
Əks halda, Zelenskiyin iddiasına görə, Rusiya bəzi Avropa nümayəndələri vasitəsilə bu prosesi bloklamaq üçün əlindən gələni edəcək.
Orban X-də cavabında yazıb: “Siz yalnış yoldasınız. AB-yə üzvlük – xidmətlərə əsaslanan bir prosesdir. Şərtləri üzv dövlətlər müəyyən edir, namizəd ölkələr yox.”
Əvvəlcə Macarıstan hökuməti bir neçə dəfə açıqlamışdı ki, Ukraynanın tələsik AB-yə qəbuluna yol verməyəcək, çünki bu birbaşa hərbi toqquşma riskini artırar və Avropa iqtisadiyyatına böyük zərər verər.
Bizim.Media