İsrail müxalifətinin lideri Yair Lapid tərəfindən Nazirlər Komitəsinə təqdim olunan layihədə Qətərin düşmən dövlət kimi tanınması yer alıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail KİV-ləri yazıb.
Qeyd olunur ki, bu qanun fevralın 15-də qəbul olunarsa, İsrail qanunvericiliyində düşmən dövlətlərə tətbiq olunan bütün müddəalar Qətərə də şamil olunacaq.
İsrail rəsmi olaraq əsasən üç dövləti düşmən hesab edir və bunlar İsrail qanunvericiliyində “düşmən dövlətlər” kimi təsbit olunub:
İran – əsas və ən təhlükəli rəqibdir. 1979-cu il İslam İnqilabından sonra İran açıq şəkildə İsrailin məhv edilməsini çağırır, nüvə proqramını inkişaf etdirir və İsrailə qarşı terror qruplarını maliyyələşdirir, silahlandırır və yönəldir («Hizbullah», HƏMAS, husi qrupları);
Suriya – 1948-ci ildən İsraillə müharibə vəziyyətindədir (sülh müqaviləsi yoxdur). Suriya uzun müddət İran və «Hizbullah» üçün strateji baza olub, silah təchizatı buradan həyata keçirilib. İsrail müntəzəm olaraq İrana və Suriyada İrana aidiyyatı olan obyektlərə zərbələr endirir;
Livan – həmçinin 1948-ci ildən rəsmi olaraq müharibə vəziyyətindədir. Real təhlükə «Hizbullah»dan gəlir. O, faktiki olaraq ölkənin cənubunu və Beyrutun cənub rayonlarını nəzarətdə saxlayır. «Hizbullah» İranın ən güclü proksi qrupudur.
Bu üç ölkə İsrail qanunlarında birbaşa göstərilib. İsrail vətəndaşlarının bu ölkələrə xüsusi icazə olmadan səfər etməsi qadağandır, ticarət isə qadağan olunub.
Bizim.Media