Fevralın 12-nə keçən gecə Ukrayna dronları Volqoqrad vilayətində Rusiya Müdafiə Nazirliyinin əsas raket-artilleriya idarəsinin (GRAU) arsenalına zərbə endirib. Hazırda ərazidə geniş miqyaslı partlayışlar davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.
Volqoqrad qubernatoru Andrey Boçarov Kotluban kəndinin sakinlərini təxliyə etməyə başlayıb. Rəsmi məlumatlara görə, dron qalıqları obyektə düşüb, xəsarət alan olmayıb.
Həmçinin, Tambov vilayətində dron zərbəsi nəticəsində "Proqress" zavodunda yanğın baş verib, yerli kollec binalarında tədris otaqları zədələnib. Bryanskda isə yerli istilik elektrik stansiyasında partlayışlar baş verib və bəzi yerlərdə elektrik kəsintiləri yaranıb.
Qeyd olunur ki, 2025-ci ilin yayında da dronlar Tambov partlayıcı zavoduna zərbə endirmişdi, 9 fevral 2026-da isə Ukrayna Təhlükəsizlik Xidməti Rusiya raket istehsal edən zavoduna yeni dron zərbələri vurmuşdu.
Bizim.Media