Bolqarıstanda “Şuşa” parkı salınacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan Respublikasına işgüzar səfərdədir.

Komitədən Bizim.Media-ya bildirilib ki, səfər çərçivəsində fevralın 11-də paytaxt Sofiya şəhərində komitə sədri Anar Quliyevin Bolqarıstan Respublikasının regional inkişaf və ictimai işlər naziri İvan İvanov ilə ikitərəfli görüşü baş tutub. Görüşdə iki ölkə arasında şəhərsalma, ərazi planlaşdırılması, infrastrukturun inkişafı və memarlıq sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Anar Quliyev Azərbaycan ilə Bolqarıstan arasında mövcud olan dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyini vurğulayaraq, ikitərəfli əlaqələr baxımından qardaşlaşmış şəhərlər institutunun genişləndirilməsi prosesinin davam etdirilməsinin və ortaq layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətin əhəmiyyətini qeyd edib.

Nazir İvan İvanov isə öz növbəsində Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirərək, xüsusilə şəhər mühitinin dayanıqlı inkişafı və infrastruktur layihələrinin icrası istiqamətində birgə təşəbbüslərin önəmini vurğulayıb.

Həmçinin səfər çərçivəsində komitə sədri Anar Quliyev ilə Bolqarıstan Respublikasının xarici işlər naziri Georg Georgiyev arasında ikitərəfli görüş keçirilib. Görüşdə Azərbaycan-Bolqarıstan münasibətlərinin müxtəlif istiqamətlər üzrə inkişaf perspektivləri, regional əməkdaşlıq məsələləri, eləcə də mədəni-humanitar əlaqələrin genişləndirilməsi müzakirə olunub.

Sonra Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində “Şuşa" parkının salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş imzalanıb.

“Şuşa” parkı layihəsinin iki ölkə arasında mədəni və diplomatik münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyi bildirilib. Qeyd edilib ki, bu sənəd “Şuşa” parkının salınması və yenidən qurulması istiqamətində tərəflər arasında əməkdaşlığın və layihənin icrasının hüquqi əsasını müəyyən etməklə yanaşı, iki ölkə arasında mədəni-humanitar əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

İkitərəfli görüşlərdə cari ilin may ayında Bakı şəhərində baş tutacaq BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının formatı, xüsusiyyətləri və təşkilati məsələləri barədə də məlumat verən Anar Quliyev Bolqarıstan tərəfinin tədbirdə geniş iştirakçılığına dair ümid ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabahın havası - 18 dərəcə isti olacaq

Sabahın havası - 18 dərəcə isti olacaq

Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası – FOTO

Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası – FOTO

Ağalı sakinlərinin NƏZƏRİNƏ - Martın 13-də…

Ağalı sakinlərinin NƏZƏRİNƏ - Martın 13-də…

Mahir Səfərli BMT-də rəhbər vəzifəyə TƏYİN OLUNDU

Mahir Səfərli BMT-də rəhbər vəzifəyə TƏYİN OLUNDU

Sovet dövrünün Gəncə əfsanəsi: “Dirilən heykəl”in SİRRİ

Sovet dövrünün Gəncə əfsanəsi: “Dirilən heykəl”in SİRRİ

“Mançester Siti” öz meydanında qalib gəldi - VİDEO

“Mançester Siti” öz meydanında qalib gəldi - VİDEO

Təhqirə görə qonşusunu maşında bıçaqladı

Təhqirə görə qonşusunu maşında bıçaqladı

Dünya 6 dəqiqəlik qaranlığa qərq olacaq

Dünya 6 dəqiqəlik qaranlığa qərq olacaq

Nazir "qoca" ləqəbli polkovniki vəzifəsindən azad etdi – FOTO

Nazir "qoca" ləqəbli polkovniki vəzifəsindən azad etdi – FOTO

Bağ evində meyiti tapılan Rəşad Əliyev yüksək vəzifələrdə çalışıbmış

Bağ evində meyiti tapılan Rəşad Əliyev yüksək vəzifələrdə çalışıbmış

Azərbaycanda bəzi şəxslərin müavinətləri ARTIRILDI

Azərbaycanda bəzi şəxslərin müavinətləri ARTIRILDI

“Gemini” Azərbaycan dilində istifadəyə verildi

“Gemini” Azərbaycan dilində istifadəyə verildi

“Qarabağ” - “Nyukasl” oyununun biletləri satışa çıxarıldı

“Qarabağ” - “Nyukasl” oyununun biletləri satışa çıxarıldı

85 min manatlıq dələduzluq etdi – Vərəmdən VƏFAT ETDİ

85 min manatlıq dələduzluq etdi – Vərəmdən VƏFAT ETDİ

Qırmızı işıqda keçdi, svetoforu yararsız vəziyyətə saldı – ANBAAN VİDEO

Qırmızı işıqda keçdi, svetoforu yararsız vəziyyətə saldı – ANBAAN VİDEO

Rusiya ordusunda xidmət edən 4 azərbaycanlı HƏLAK OLUB

Rusiya ordusunda xidmət edən 4 azərbaycanlı HƏLAK OLUB

Mehdi Mehdizadə həbs edildi

Mehdi Mehdizadə həbs edildi

Ramiz Mehdiyevin bankı ABB-yə birləşdirilir? – ARAŞDIRMA

Ramiz Mehdiyevin bankı ABB-yə birləşdirilir? – ARAŞDIRMA

Hava şəraiti mülayimləşdi - FAKTİKİ HAVA

Hava şəraiti mülayimləşdi - FAKTİKİ HAVA

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ

Bakıda “pub”da çəkdiyi əxlaqsız videoları paylaşdı - Həbs olundu

Bakıda “pub”da çəkdiyi əxlaqsız videoları paylaşdı - Həbs olundu

Ukrayna dronları Rusiyada dəhşət yaşatdı - Əhali təxliyə olunur - VİDEO

Ukrayna dronları Rusiyada dəhşət yaşatdı - Əhali təxliyə olunur - VİDEO

Şimal bölgəsində qarlı havanı günəşli hava əvəz edir - FOTO

Şimal bölgəsində qarlı havanı günəşli hava əvəz edir - FOTO

Polis Füzulidə əməliyyat keçirdi – HƏBS EDİLƏN VAR – FOTO

Polis Füzulidə əməliyyat keçirdi – HƏBS EDİLƏN VAR – FOTO

End of content

No more pages to load

RADİO