Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük oğlu Əhməd Kadırov yeni təyinat alıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Telegram” kanalında məlumat yayıb.
Çeçenistan hökumətində baş nazirin müavini vəzifəsini tutan Əhməd Kadırov bundan sonra respublikada təhsil sahəsinə nəzarət edəcək.
«Təhsil sahəsi cəmiyyətimizin və dövlətimizin inkişafının əsas təməl daşlarından biri olub və olaraq qalır», — deyə respublika rəhbərinin oğlu yeni təyinatla bağlı bildirib.
Bizim.Media