ABŞ-dakı erməni diasporu, ayaq altında dolaşma! – Vensin İrəvan səfərinin PƏRDƏARXASI

ABŞ-dakı erməni diasporu özünü dünyanın mərkəzi hesab etməyə öyrəşib. Lobbiçilərin səliqəsiz fəaliyyəti və guya hər şeyə qadirlik, təsir gücü mifinin sayəsində bu qeyri-sağlam birlik onilliklər boyu amerikalı siyasətçiləri sıxışdırıb. ABŞ erməniləri elə bir təsəvvür formalaşdırıblar ki, guya nəyəsə təsir edirlər və Ağ Evin rəhbərləri az qala onların düdüyü altında oynayır.

Əslində isə siyasətçilər yalnız seçki dövrlərində bir az “oynayır”, sonra isə qudurmuş diasporaya verilən vədləri uğurla unudurlar. Amma ermənilər “populyarlıqlarının” bu tərəfi haqqında danışmağı sevmirlər.

Bizim.Media xəbər verir ki, son vaxtlar Vaşinqton diaspora ilə Ermənistan arasında seçim edərkən getdikcə daha çox İrəvanı üstün tutur. Əvvəllər “erməni məsələsi”nin tərəfdarları İrəvanı nəzərə almadan daha çox yerli erməni icmasına fokuslanırdılarsa, indi vəziyyət dəyişib. Bu isə hansısa möcüzəvi səbəblərin yox, məhz İrəvanın öz siyasətinin nəticəsidir. Uzun müddət dünyada qeyri-rəsmi olaraq belə hesab olunurdu ki, Ermənistan qlobal erməniliyin mərkəzi ofisidir vəssalam. Real milli dövlətə doğru addımlar atmağa başlayan Nikol Paşinyanın sayəsində bu təsəvvür bu gün dəyişir. Ermənistana ciddi yanaşmağa başlayıblar və bu, diasporanı ciddi şəkildə narahat edir.
 

Amerika Erməni Milli Komitəsi (ANCA) ABŞ-ın vitse-prezidenti Vensın Ermənistana səfəri ilə bağlı isterika yaradıb. Daha doğrusu, səfərin özü yox, yüksək qonağın açıqlamaları onları qıcıqlandırıb. Cey Di Vens Ermənistanın baş naziri Nikol Paşinyanı dostu adlandırıb və qarşıdan gələn seçkilərdə ona dəstək ifadə edib. ANCA bunu “Ermənistanın daxili siyasətinə müdaxilə” kimi qiymətləndirərək bunun dayandırılmasını tələb edib.



ANCA Trampa təzyiq göstərmək üçün daha bir cəhd edib. Sosial şəbəkə X-də bu toksik təşkilat hədələyici bəyanatla çıxış edib:

“Tramp–Vens administrasiyası Amerika siyasətinə xarici ölkələrin qərəzli yanaşmamalı olduğu səbəblərlə eyni şəkildə erməni siyasətinə də qərəzli yanaşmamalıdır”.

ANCA iddia edir ki, guya Paşinyan Ermənistanda getdikcə populyarlığını itirir və xaricdə dəstək axtarır.

Bir sözlə, amerikalıların Paşinyanı dəstəkləməsinə və Ermənistanın daxili işlərinə “qarışmasına” ehtiyac yox imiş.

Ən maraqlısı iddiaların absurdluğu yox, onları kimin səsləndirməsidir. Erməni diasporu otuz il ərzində Ermənistanla qonşu ölkələrin işlərinə burnunu soxan, Vaşinqtona onlarla necə davranmalı olduğunu diktə etməyə çalışan bir qurumdur.
 

Dəqiqləşdirək: ölkələrlə bağlı diktə edirdi, burunlarla yox. O vaxt ANCA bunu qəbuledilməz saymırdı. Yaxşı maliyyələşdirilən lobbi vasitəsilə diaspora Vaşinqtona təzyiq göstərir, Qarabağ münaqişəsinə və Azərbaycanın daxili işlərinə müdaxilə tələb edirdi. İnanmaq çətindir, amma diaspora müxtəlif administrasiyaların zəif cəhətlərindən istifadə edərək Azərbaycana təyin ediləcək səfirləri belə “müəyyənləşdirirdi”. Başqa bir dövlətin işlərinə və ABŞ-ın milli maraqlarına bundan daha biabırçı müdaxilə təsəvvür etmək çətindir. Və heç kim ANCA-ya yerini göstərmirdi ki, Bakıdakı səfirliyə namizədin təsdiqi erməni diasporunun razılığından asılı olmalıdır.


Təkrar edək: söhbət Ermənistandan yox, Azərbaycandan gedirdi, amma diasporun mövqeyi nəzərə alınırdı. Məhz bu səbəbdən 2011-ci ildə Metyu Brayza Bakıdan geri çağırıldı. O vaxt Vaşinqtonun nüfuzu Azərbaycan tərəfinin gözündə ciddi şəkildə sarsıldı.

Donald Trampın xeyrinə demək lazımdır ki, erməni diasporu onu manipulyasiya edə bilmədi. Onun ilk prezidentliyi dövründə diaspora Vaşinqtona ATƏT-in artıq mövcud olmayan Minsk qrupunun həmsədrlərini və Bakıya göndəriləcək səfiri kimin olacağını diktə etməyə çalışırdı. Hər iki halda ermənilərin isterikasına baxmayaraq, Prezidentin irəli sürdüyü namizədlər təyin edildi. Daha da irəli gedək: üç il əvvəl erməni diasporu ABŞ-ın İsraildəki səfirinin təyinatına təsir göstərməyə çalışmışdı. Təbii ki, bu cəhd uğursuz oldu, çünki ABŞ erməniliyi ABŞ yəhudiliyi ilə müqayisədə heç nədir. ANCA bir az sızıldadı və sonra çəkilib skamyanın altına girdi.

Beləliklə, ABŞ-dan məsafə saxlamağı tələb etmək nə amerikalı ermənilərin, nə də xüsusilə ANCA-nın işi deyil. Dünyada erməni lobbiçiliyinin rahat və bərəkətli dövrləri bitib. Tramp yerli diasporanın və hansısa Ambaryanın (ANCA rəhbəri) ABŞ-ın digər ölkələrlə münasibətləri barədə fikrinin maraqlı olduğu prezident deyil. Ağ Evin hazırkı rəhbəri nə etməli olduğunu özü yaxşı bilir.

ANCA ayaq altında dolaşmasın. Çəkil skamyanın altına! (Day.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“YAŞAT” Fondundan müharibə əlili Bəhrəm Abdullayevə DƏSTƏK - VİDEO

“YAŞAT” Fondundan müharibə əlili Bəhrəm Abdullayevə DƏSTƏK - VİDEO

Elza İbrahimovanın adı Qusarda növbəti dəfə əbədiləşdirildi – VİDEO

Elza İbrahimovanın adı Qusarda növbəti dəfə əbədiləşdirildi – VİDEO

İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüşü KEÇİRİLİR

İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüşü KEÇİRİLİR

ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ

ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ

Qan şəkərini salmağın YOLU

Qan şəkərini salmağın YOLU

Yağıntılar nə vaxt kəsiləcək? - VİDEO

Yağıntılar nə vaxt kəsiləcək? - VİDEO

ABŞ-la danışıqlar fonunda İrandan müharibə XƏBƏRDARLIĞI

ABŞ-la danışıqlar fonunda İrandan müharibə XƏBƏRDARLIĞI

“Neftçi” yeni transferi üçün nə qədər ÖDƏYİB?

“Neftçi” yeni transferi üçün nə qədər ÖDƏYİB?

ABŞ-ın vitse-prezidenti Azərbaycanda – FOTO/VİDEO

ABŞ-ın vitse-prezidenti Azərbaycanda – FOTO/VİDEO

Roma Papası Azərbaycana dəvət olundu

Roma Papası Azərbaycana dəvət olundu

Renat Dadaşov “Zirə”yə keçir? – Klubdan AÇIQLAMA

Renat Dadaşov “Zirə”yə keçir? – Klubdan AÇIQLAMA

Elnur Bağırova 3 müavin TƏYİN EDİLDİ

Elnur Bağırova 3 müavin TƏYİN EDİLDİ

“Qarabağ” son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

“Qarabağ” son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

Saakaşvili Tbilisi məhkəməsində günahını qəbul etmədi

Saakaşvili Tbilisi məhkəməsində günahını qəbul etmədi

Azərbaycanda həbsdən çıxan şəxs həyat yoldaşını və övladlarını öldürməklə HƏDƏLƏYİR - FOTO

Azərbaycanda həbsdən çıxan şəxs həyat yoldaşını və övladlarını öldürməklə HƏDƏLƏYİR - FOTO

SON DƏQİQƏ! Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı

SON DƏQİQƏ! Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı

Çin maşınları ilə arzuları ÇİN olmayanlar – Hansı markalar UĞURSUZ OLACAQ?

Çin maşınları ilə arzuları ÇİN olmayanlar – Hansı markalar UĞURSUZ OLACAQ?

Xamenei 2 mindən çox məhkumun cəzasını bağışladı

Xamenei 2 mindən çox məhkumun cəzasını bağışladı

Moldova MDB-ni tərk edir – Öncə borclarını ödəyəcək

Moldova MDB-ni tərk edir – Öncə borclarını ödəyəcək

"Rəqsanə bundan da pis günə qalsın"

"Rəqsanə bundan da pis günə qalsın"

Vens: “Biz bu gün sülhün təmin edilməsi ilə məşğuluq"

Vens: “Biz bu gün sülhün təmin edilməsi ilə məşğuluq"

Ermənistan uğrunda mübarizə: Vens İrəvanı Rusiyadan ayıra biləcəkmi?

Ermənistan uğrunda mübarizə: Vens İrəvanı Rusiyadan ayıra biləcəkmi?

Saleh Məmmədovun qudasının işdən azad olunması xəbərinə AAYDA-dan REAKSİYA

Saleh Məmmədovun qudasının işdən azad olunması xəbərinə AAYDA-dan REAKSİYA

Zukerberg milyarderlər adasına KÖÇÜR?

Zukerberg milyarderlər adasına KÖÇÜR?

End of content

No more pages to load

RADİO