İranda bir müəllimə ölüm hökmü ala bilər.
Bizim.Media xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələr Iran International nəşrinə məlumat veriblər.
Qeyd olunur ki, ibtidai sinif müəllimi Mastureh Nərimani yanvarın 11-də Əhvaz şəhərində keçirilən etiraz aksiyaları zamanı saxlanılıb.
Mənbələrin məlumatına görə, ona təhlükəsizliklə bağlı ittihamlar irəli sürülüb. Xüsusilə, Nərimaninin “xarici KİV-lərə video və materiallar ötürməkdə” günahlandırıldığı bildirilir.
Bizim.Media