“ABŞ-la danışıqların ikinci raundunun dəqiq tarixi müəyyən edilməyib, lakin Vaşinqton və Tehran onu yaxın zamanda keçirməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Əl Cəzirə” telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Tehran nə indi, nə də gələcəkdə raket proqramını müzakirə etməyi planlaşdırmır:
“Bu, müdafiə məsələsidir. İran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını istisna edir”.
Bizim.Media