Rusiya Ukrayna AES-lərinin fəaliyyətindən asılı olan obyektlərə zərbə endirməklə Avropanın təhlükəsizliyini risk altına atıb.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski enerji sektoru üzrə iclasın yekunlarına dair bildirib.
“Ruslar məqsədyönlü şəkildə, o cümlədən Ukrayna atom elektrik stansiyalarının işindən asılı olan enerji obyektlərinə zərbələr endirdilər. Bu isə təkcə Ukraynada bizim təhlükəsizliyimizi deyil, ümumilikdə regionun və Avropanın təhlükəsizliyini təhlükə altına qoyur”, - deyə Zelenski deyib.
Bizim.Media