Litva Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin nümayəndəsini çağıraraq Ukraynadakı enerji obyektlərinə hücumlarla bağlı etirazını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Litva XİN məlumat yayıb.
“Nazirlik bildirir ki, açıq şəkildə mülki hədəfləri — mədənçilərin avtobusu, Drujkovka bazarı, təcili yardım maşını və həmçinin istilik və elektrik enerjisi şirkətlərini seçməklə Rusiya bir daha göstərir ki, onun danışıqlarda iştirakı yalnız fiquridir, çünki o, Ukrayna xalqının məhvinin dayandırılmasında və suveren dövlətə qarşı bu aqressiyanın tezliklə sona çatmasında maraqlı deyil”, - deyə məlumatda qeyd olunub.
Etiraz notasında ayrıca vurğulanır ki, Rusiyanın törətdiyi hərbi və digər beynəlxalq cinayətlərin bütün təşkilatçıları və icraçıları müəyyən ediləcək və məsuliyyətə cəlb olunacaq, bu müddət üçün heç bir zaman aşımı tətbiq edilməyəcək.
Bizim.Media