Pakistanın Lahos şəhərində Türkiyə şirkətlərinə hücum edilib.
Bizim.Media xəbər verir ki, ölkənin çevik qüvvələri “Albayraq və Özpak” şirkətlər qrupunun 6 obyektinə basqın edib.
Polislər rəhbərlik və işçi heyətə zor tətbiq edib, onları çölə çıxarıb və yanlarında şəxsi əşyalarını götürməyə icazə verməyib.
Çevik qüvvələr daha sonra məkanda yerləşən təhlükəsizlik kameralarında olan bütün görüntüləri siliblər.
Pakistan rəsmi qurumları isə bununla bağlı hər hansı bir açıqlama verməyib.
Bizim.Media