Moskvada Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi rəisinin birinci müavini, general-leytenant Vladimir Alekseyevə sui-qəsd cəhdi olub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, hadisə Volokolamsk şossesində baş verib. Naməlum şəxs Alekseyevin kürəyindən bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb. General xəstəxanaya yerləşdirilib.
Hadisə yerində fövqəladə hallar və hüquq-mühafizə orqanları işləyir.
Faktla bağlı cinayət işi açılıb.
Bizim.Media