“Yeni START (DSNV) müqaviləsinin uzadılması əvəzinə yeni razılaşma üzərində işləmək lazımdır”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında paylaşım edib.
“ABŞ tərəfi üçün zəif razılaşdırılmış və üstəlik kobud şəkildə pozulan Yeni START müqaviləsini uzatmaqdansa, nüvə üzrə mütəxəssislərimizə uzun illər gələcəkdə qüvvədə qala biləcək yeni, daha yaxşı və modernləşdirilmiş bir saziş hazırlamağı tapşırmalıyıq”, — deyə Tramp vurğulayıb.
Bizim.Media