SEPAH-ın Hərbi Dəniz Qüvvələri ABŞ-nin xəbərdarlıqlarından sonra 8–9 fevral tarixlərində Hörmüz boğazında keçirilməsi planlaşdırılan canlı atəş təlimlərini ləğv edib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.
Məlumata əsasən, qərar bölgədə artan gərginlik fonunda qəbul edilib.
Dünən Ərəbistan dənizində ABŞ-ın F-35 qırıcı təyyarəsi tərəfindən bir gəminin vurulması və İran pilotsuz uçuş aparatı ilə bağlı insidentlərin vəziyyəti daha da kəskinləşdirdiyi bildirilir.

Bizim.Media