“Avropanın ABŞ-sız özünü qoruya biləcəyini düşünənlər xəyallarla yaşamağa davam edə bilərlər. Avropa ABŞ-ın dəstəyi olmadan özünü müdafiə etmək gücündə deyil”.
Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte Avropa Parlamentinin xarici işlər və təhlükəsizlik komitəsinin iclasında çıxışı zamanı danışıb.
Rütte qeyd edib ki, ABŞ bundan sonra da Avropada güclü hərbi mövcudluğunu saxlayacaq.
Bizim.Media