Samaradan olan rəfiqələr — Kristina və Nataşa — ABŞ-da avtomobillə səyahət edirmişlər. San-Dieqoda onlar “McDonald’s”a getmək istəyiblər, lakin naviqator onları səhv istiqamətə yönləndirərək dəniz piyadalarına məxsus Camp Pendleton hərbi bazasına aparıb.
Bizim.Media xəbər verir ki, kafeyə cəmi 5 kilometr qalmış qızlar hərbçilər tərəfindən saxlanılıb, avtomobil isə cərimə meydançasına göndərilib.
Rusiyalı qızlar artıq üç gündür nəzarət altında saxlanılır, dostları vəkillər üçün pul toplamağa çalışır.
Qeyd edək ki, onları 6 aya qədər həbs cəzası gözləyir.



Bizim.Media