İran hakimiyyəti ABŞ-a açıq təhdid mesajı verən iri reklam lövhəsini Tehranın mərkəzi meydanında yerləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə The Indian Express nəşri yazıb.
Bu addım ABŞ hərbi gəmilərinin regiona yaxınlaşması fonunda atılıb.
Lövhədə “Külək əkən fırtına biçər” ifadəsi yazılıb. Təsvir olunan görüntüdə isə təyyarədaşıyan gəmi və onun ətrafında ABŞ bayrağını xatırladan naxış yaradan qanlı siluetlər əks olunub.
Bizim.Media