ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində sərhəd xidmətinin əməkdaşının iştirakı ilə atışma baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla səhər saat 9:05-də ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin hüquq-mühafizə əməkdaşları Minneapolisdə hücumda şübhəli bilinən və axtarışda olan qeyri-qanuni miqranta qarşı məqsədli əməliyyat apararkən, 9 mm-lik yarıavtomatik tapança ilə silahlanmış bir şəxs ABŞ Sərhəd Patrulu zabitlərinə yaxınlaşıb:
“Zabitlər şübhəlini tərksilah etməyə cəhd ediblər, lakin silahlı şəxs şiddətli müqavimət göstərib. Əməkdaşlar silahlı şəxsə xəbərdarlıq atəşləri açıb. Hadisə yerində olan tibb işçiləri dərhal yaralıya tibbi yardım göstərsələr də, onun hadisə yerində öldüyü təsdiqlənib. Şübhəlinin üzərindən həmçinin patronlarla dolu iki daraq tapılıb. Onun üzərində şəxsiyyətini təsdiq edən sənədləri olmayıb”.
Hadisə yerinə təxminən 200 etirazçı toplaşıb və onlar hüquq-mühafizə orqanlarının işinə mane olmağa, eləcə də onlara hücum etməyə başlayıblar.
Bizim.Media