Puketdən Barnaula uçan Rusiyanın “Azur Air” şirkətinə məxsusu Boeing 757 təyyarəsi Çinin Lançjou hava limanına fövqəladə vəziyyətə işarə edən 7700 kodlu həyəcan siqnalı göndərərək təcili eniş etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə “Azur Air” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, enişdən sonra əlavə məlumat veriləcək.
Məlumata görə, uçuş Taylanddan dörd saat əvvəl yola düşüb. Barnaul hava limanının onlayn uçuş məlumatına görə, uçuş yerli vaxtla saat 17:55-də enməli idi və dərc edildiyi vaxta qədər təxmini eniş vaxtı saat 18:20 idi.

Bizim.Media