İsrail ABŞ-ın İrana mümkün zərbəsinə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat verib.
Qəzetin məlumatına görə, İsrail Müdafiə Ordusu ABŞ-ın İrana mümkün hücum halı üçün hazırlıq işlərini başa çatdırıb.
Nəşrin yazdığına görə, ABŞ qüvvələrinin Yaxın Şərqdə yerləşdirilməsi təxminən 24 saat ərzində tamamlanacaq. Bundan sonra İrana hücum istənilən an həyata keçirilə bilər.
Bizim.Media