Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüş başa çatıb.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının sözçüsü Sergey Nikiforov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, tərəflər arasında görüş təkbətək formatda baş tutub və bir saatdan artıq davam edib.
Görüşün detalları barədə hələlik məlumat verilməyib.
Bizim.Media