Böyük Britaniya ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na qoşulmaqdan imtina edib.
Bizim.Media xəbər verir ki, bunun səbəbi kimi Rusiya Prezidenti Vladimir Putinin mümkün iştirakı və şuranın geniş səlahiyyətləri göstərilir.
Xarici işlər naziri İvett Kuper BBC-yə müsahibəsində bildirib ki, şura ilkin olaraq Qəzza zolağında İsrail və HƏMAS arasındakı müharibənin dayandırılması məqsədi daşısa da, əslində daha geniş hüquqi məsələləri əhatə edir.
Bizim.Media