Trampın kürəkəni, iş adamı Jared Kuşner bildirib ki, Qəzzanın bərpasına 40 milyard dollardan çox investisiya yatırılması planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə o, Davosda “Sülh Şurası”nın nizamnaməsinin imzalanması mərasimində danışıb.
Plana əsasən, vəsaitlər infrastrukturun bərpası, iqtisadi canlanma və 500 mindən çox yeni iş yerinin yaradılmasına yönəldiləcək. Həmçinin su, elektrik, səhiyyə sistemlərinin bərpası və humanitar yardımın genişləndirilməsi nəzərdə tutulur.
Kuşner bildirib ki, planın ilk nəticələri 30 gün ərzində gözə çarpacaq.
Bizim.Media