ABŞ prezidenti Donald Tramp Venesuelanın yeni hökuməti ilə ABŞ arasındakı münasibətləri “əla” kimi qiymətləndirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə Davosda keçirilən “Sülh Şurası”nın yaradılması mərasimində danışıb.
“Venesuelanın yeni liderləri ilə əla münasibətlərimiz var. Münasibətlər yaxşıdır. Biz ölkəni iri neft şirkətləri üçün açırıq”, — deyə ABŞ lideri bildirib.
Bundan əvvəl Semafor portalı siyasətçinin administrasiyasındakı mənbəyə istinadən yazmışdı ki, Tramp Venesuelanın neft gəlirlərinə şəxsən nəzarət edir.
Mənbənin sözlərinə görə, Venesuela neftinin ilk partiyasının satışından əldə olunan bütün gəlirlər Bolivar Respublikasının dövlət xəzinəsinə köçürüləcək. Çünki yeni hökumət ABŞ-la tam əməkdaşlıq edib.
15 yanvar tarixində ABŞ-ın Venesueladan 500 milyon dollar dəyərində ilk neft partiyasını satdığı məlum olmuşdu.
3 yanvarda ABŞ Venesuelaya zərbə endirib — partlayışlar ölkənin paytaxtı Karakasda və Fort-Tiuna hərbi bazasında baş verib. Hücumdan sonra Tramp əməliyyatı uğurlu adlandırıb və ABŞ hərbçilərinin Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşını ələ keçirdiyini iddia edib.
Ağ Ev rəhbəri vurğulayıb ki, Maduro artıq “prezident deyil”, hakimiyyətin isə müvəqqəti olaraq ABŞ tərəfindən idarə edildiyini bəyan edib.
Bizim.Media