Özbəkistan vətəndaşı Rusiyada sərt rejimli həbs cəzasına məhkum edilib.
Bizim.Media xəbər verir ki, Novosibirsk hərbi məhkəməsi Jasurjon Erqasaliyevi Qazaxıstan sərhədini qanunsuz keçməyə cəhd etməsinə görə 7 il 9 ay müddətinə sərt rejimli koloniyaya məhkum edib.
Erqasaliyev əvvəlcə narkotik maddələrə görə həbs olunmuş, daha sonra Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Ukraynaya qarşı müharibəyə yollanmışdı. Yaralandıqdan və müalicə olunduqdan sonra Rusiyanı tərk etməyə cəhd etsə də, FTX sərhədçiləri tərəfindən saxlanılıb.
Rusiya ordusunda neçə Özbəkistan vətəndaşının döyüşdüyü məlum deyil. Ancaq 2 715 nəfərin olduğu deyilir.
Özbəkistanda isə 2022-ci ildən bəri xaricdə müharibədə iştirak edən şəxslərə qarşı 338 nəfər haqqında cinayət işi açılıb.
Bizim.Media