İsveç Kralı XVI Karl Qustavın bacısı Şahzadə Desire 87 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Kral Sarayının mətbuat xidməti məlumat yayıb.
O, ailəsinin əhatəsində, evində vəfat edib.
Şahzadə Desiree baron Niklas Silfverşildin (1934–2017) dul arvadı idi və Koberq qəsrində yaşayırdı. Şahzadədən üç övladı qalıb.
Bizim.Media