Ukrayna Prezidenti Vladimir Zelenskinin bu gün Davosdakı çıxışı ləğv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, Zelenski bu gün Davosa uçmalı idi, lakin paytaxtın elektrik və su təchizatı ilə bağlı vəziyyətinə görə o, Kiyevdə qalıb.
Qeyd edək ki, yanvarın 20-nə keçən gecə Rusiya Ukraynaya kütləvi hücuma keçib və infrastrukturu hədəf alıb. Hazırda Kiyevdə minlərlə yaşayış binası istiliksiz və susuz qalıb.
Bizim.Media