ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı növbəti paylaşım edib.
Bizim.Media xəbər verir ki, Trampın “Truth” sosial şəbəkəsindəki hesabında paylaşdığı fotoda
ABŞ vitse-prezidenti Ceyms Devid Vens və Dövlət katibi Marko Rubio ilə birlikdə Qrenlandiyaya Amerika bayrağını sancdığı əksini tapıb.
Paylaşımda “Qrenlandiya, ABŞ ərazisi, 2026-cı ildən etibarən” yazılmış bir lövhə diqqət çəkir.
Bizim.Media