Polşada nikah sənədlərində “ər” və “arvad” anlayışları “həyat yoldaşı №1” və “həyat yoldaşı №2” ilə əvəz ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə respublikanın Rəqəmsallaşma Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu addım Avropa İttifaqı (Aİ) Məhkəməsinin hökmünün icrasını təmin etmək zərurəti ilə bağlıdır.
Həmin hökm Varşavanı Aİ-yə üzv digər ölkələrdə bağlanmış eynicinsli nikahları tanımağa məcbur edir.
Bizim.Media