İsrailin Azərbaycandakı keçmiş səfiri Eitan Naehin vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "X" hesabında məlumat yayılıb.
Qeyd olunub ki, Eitan Naeh 2001–2005-ci illərdə Azərbaycanda fəaliyyət göstərib və İsrail ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayıb.

Bizim.Media