Vladimir Putin Donald Trampdan Qəzza üzrə “Sülh Şurası”na qoşulmaq dəvətini alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında danışıb.
“Bəli, Prezident Putin diplomatik kanallar vasitəsilə bu Sülh Şurasının tərkibinə qoşulmaq təklifini alıb. Hazırda biz bu təklifin bütün detalları üzərində işləyirik”, – deyə Peskov bildirib.
“Ümid edirik ki, bütün nüansları aydınlaşdırmaq üçün ABŞ tərəfi ilə əlaqələr qurulacaq”, – deyə o, əlavə edib.
Bizim.Media