İstanbulun bütün rayonlarına mövsümün ilk güclü qarı yağıb.
Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, bazar günü günortadan sonra şəhərin əksər əraziləri ağ örpəyə bürünüb.
Qar güclü küləklə müşayiət olunur. Sinoptiklər hər kvadratmetrə 3-7 kq qar yağacağını proqnozlaşdırırlar. Onlar nəqliyyatda mümkün fasilələr barədə xəbərdarlıq edirlər.
Fırtına İstanbulun şərqindəki Sabiha Gökçen Hava Limanında 38 uçuşun ləğvinə səbəb olub.
Türkiyənin Meteorologiya Baş İdarəsi bazar və bazar ertəsi günləri Mərmərə dənizi yaxınlığında saatda 75 km-ə qədər sürətlə qasırğa gücündə külək təhlükəsi barədə xəbərdarlıq edib.
Bizim.Media