"Mançester Yunayted"in mərkəz müdafiəçisi Ruben Diaşın sevgilisi Maya Cama geyimi ilə görünüşünü nümayiş etdirmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, Maya tanınmış televiziya aparıcısı və bəzən radio DJ-idir. Cama media karyerasına 2012-ci ildə başlayıb. 2014-cü ildə o, Copa90-da "Maya's FIFA World Cup Cities" verilişinin siması olub və Braziliyada keçirilən Dünya çempionatını işıqlandırıb və turnir zamanı səyahət videobloqu aparıb.
Maya uzun müddət reper Stormzy ilə görüşüb və 2021-ci ildə "Filadelfiya"nın basketbolçusu Ben Simmons ilə görüşməyə başlayıb. Hətta Cama NBA ulduzu ilə nişanlandığını da açıqlayıb, lakin cütlük 2022-ci ilin avqustunda ayrılıb.
2025-ci ilin mart ayında isə Mayanın artıq Ruben Diaş ilə birlikdə olduğu məlum olub: Qari Lineker bunu onlayn videoda elan edib. /Lent.az


Bizim.Media